Obça kəndində 12 saatlıq əməliyyat nəticəsində su quyusuna düşmüş kişinin cəsədi çıxarılıb
Bağdati rayonunun Obça kəndində Fövqəladə Halların İdarəolunması Agentliyinin xilasedicilərinin apardığı 12 saatlıq əməliyyat nəticəsində su quyusuna düşmüş kişinin cəsədi çıxarılıb. Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə, 43 yaşlı kişi quyunu təmizlədiyi zaman uçan torpaq kütləsinin altında
qalıb.

Xilasetmə əməliyyatı zamanı torpaq uçması təhlükəsi olduğuna görə paralel olaraq 15 metrlik quyunun kənarlarının bərkidilməsi işləri də aparılırdı.

Hadisə yerinə üç yanğınsöndürən-xilasedici qrupu cəlb olunmuşdu.
Print ელ. ფოსტა
FaceBook Twitter Google