Xobidə yanğın nəticəsində yaralananlardan daha bir nəfəri dünyasını dəyişib
Xobi rayonunun Xeta kəndində 19 noyabr tarixində baş vermiş yanğın nəticəsində yaralananlardan daha bir nəfəri dünyasını dəyişdi. 65 yaşlı qadın ötən gün, 20 noyabr tarixində dünyasını dəyişib. Ailənin daha bir üzvü – 67 yaşlı kişi də dünyasını dəyişmişdi.

Yanıq Mərkəzinin direktoru Quqa Kaşibadzenin “Rustavi 2” kanalına bildirdiyinə görə, dünyasını dəyişən hər iki şəxs həyat üçün təhlükəli xəsarət almışdılar. Onların bədənlərinin səthi ilə bərabər nəfəs yollarında da yanıq xəsarətləri olub. Kaşibadzenin bildirdiyinə görə, həmin ailənin daha üç üzvü Yanıq Mərkəzində qalmaqdadır. Onların vəziyyəti kirtikdir.

Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə, yaşayış evi tamamilə yanıb. Yanğına yanacağın partlamasının səbəb olduğu güman olunur, lakin dəqiq səbəbi istintaq nəticəsində müəyyənləşəcək.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıq üzündən zərər vurmanı və ya dağıtmanı nəzərdə tutan 188-ci maddəsi ilə istintaq başlayıb.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google