Xobidə yanğın nəticəsində yaralananlardan daha bir nəfəri dünyasını dəyişib
10:58 / 21.11.2018
Xobi rayonunun
Xeta kəndində 19 noyabr tarixində baş vermiş yanğın nəticəsində
yaralananlardan daha bir nəfəri dünyasını
dəyişdi.
65
yaşlı qadın ötən gün, 20 noyabr tarixində dünyasını dəyişib.
Ailənin daha bir üzvü – 67 yaşlı kişi də dünyasını dəyişmişdi.
Yanıq Mərkəzinin direktoru Quqa Kaşibadzenin “Rustavi 2” kanalına
bildirdiyinə görə, dünyasını dəyişən hər iki şəxs həyat üçün
təhlükəli xəsarət almışdılar. Onların bədənlərinin səthi ilə
bərabər nəfəs yollarında da yanıq xəsarətləri olub. Kaşibadzenin
bildirdiyinə görə, həmin ailənin daha üç üzvü Yanıq Mərkəzində
qalmaqdadır. Onların vəziyyəti kirtikdir.
Fövqəladə Halların İdarəolunması Agentliyinin məlumatına görə,
yaşayış evi tamamilə yanıb. Yanğına yanacağın partlamasının səbəb
olduğu güman olunur, lakin dəqiq səbəbi istintaq nəticəsində
müəyyənləşəcək.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıq üzündən zərər
vurmanı və ya dağıtmanı nəzərdə tutan 188-ci maddəsi ilə istintaq
başlayıb.