“Rustavi 2”: Marneulidə 70-dən çox məntəqənin komissiya sədri xəstəlik səbəbi ilə istefa verib
“Rustavi 2” kanalının məlumatına görə, 70-dən artıq məntəqənin komissiya sədri eyni anda xəstəliyini səbəb göstərərək istefa verib.
Marneulidə istefa barədə 70-dən artıq ərizəni məntəqə komissiya sədrləri, sədr müavinləri və ya sadə üzvlər kütləvi şəkildə yalnız bir neçə gün ərzində bir-birinin ardınca yazıblar və vəzifələrindən istefa veriblər. Onlar səbəb kimi əsasən səhhətləri ilə bağlı problemləri və ya şəxsi işlərini göstəriblər.

“Rustavi 2” kanalının hazırladığı süjetdən aydın olur ki, Marneulidə müxalifət partiyalarının nümayəndələri komissiya sədrləri, müavinləri və üzvlərinə ərizəni zorla yazdırdıqlarına əmindirlər. Belə ki, vəzifələrindən istefa vermiş şəxslər birinci turda Salome Zurabişvilinin məğlub məntəqələrə rəhbərlik edirdilər. Müxalifət nümayəndələri bildirir ki, onlar yaxşı “işləyə” bilməyiblər, “Gürcü Arzusu” üçün səsləri saxtalaşdıra bilməyiblər, müvafiq olaraq onları uzaqlaşdırıblar.

Belə şübhəni o da gücləndirir ki, vəzifələrini tərk etmiş şəxsləri əvəzləyəcək şəxslərini seçimində müxalifət nümayəndələri iştirak etməyiblər və iqtidar komandasının nümayəndələri onlar olmadan qərar qəbul ediblər.

Mənbə: rustavi2.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google