“Qadın prezident Gürücstanda qadınlar kimi dünya üçün də güclü
siqnaldır”- deyir Salome Zurabişbili.
MSK-nın ön göstrəicilərinə əsasən o, prezident seçkilərində qalib
gəlib. O, BBC-nin qadın prezidentlə bağlı suallarına cavab verib və
qeyd edib ki, Gürcüstanın ilk qadın prezidenti olmaq
möhtəşəmdir.
“Amma Gürcüstan çox hallarda güclü kişi siması ilə assosiasiya
olunru” – BBC-nin jurnalistinin bu qeydinə Zurabişvili cavab verib:
“Xeyr, əlbəttə bu fake nyus deyil, amma bu bizim ölkə haqda düzgün
təsəvvür də deyil. Gürcüstan tarixi və mədəniyyətində çox güclü
qadınlar olub. Bizim ölkəni həqiqətən də qadın suya çəkib və bizim
ölkə üçün ən yaxşı vaxtda Gürcüstana qadın rəhbərlik edirdi və ona
Çar deyirdilər çünki güclü idi.
Belə ki, qadının prezident olmasına qarşı heç bir şey yoxdur. Mən
düşünürəm ki, bunun dünya arenasında böyük əhəmiyyəti var. Dünyada
yalnız 10 qadın prezident var və Gürcüstan onlardan biridir. Mən
düşünürəm ki, bu Gürcüstanda qadınlar üçün və dünya üçün güclü
siqnaldır. Düşünürəm ki, bu təcrübədən ölkədə qadınlar arasında
olan həmrəylik üçün istifadə edəcəm”.