Salome Zurabişvili öz komandasını toplamağa başlayıb
Gürcüstanın seçilmiş prezidenti Salome Zurabişvili öz komandasını toplamağa başlayıb.
IPN-nin məlumatına görə, Salome Zurabişvili prezident administrasiyasına öz seçki qərargahından bir neçə şəxsi keçirməyi planlaşdırır.

Agentliyə qeyir-rəsmi şəkildə məlum olduğuna görə, prezidentin öz komandası üçün seçdiyi həmin şəxslər arasındadırlar: Keçmiş iqtisadiyyat naziri Laşa Jvaniya, Şida Kartlinin keçmiş qubernatoru Kaxa Samxaradze və hökumət administrasiyasının əməkdaşı Simon Petredisi. Qeyd olunan şəxslər seçki kampaniyası dövründə Zurabişvilinin qərargahında çalışıblar, həmçinin Kaxa Samxaradze bir neçə ay ərzində qərargaha rəhbərlik edib.

İndiki məlumata görə, Salome Zurabişvili Kaxa Samxaradzeyə region sakinləri ilə münaisbətlər, Simon Petredisiyə isə məhdud imkanlı şəxslərlə kommunikasiya məsələləri tapşırmağı planlaşdırır.

Qeyd olunan şəxslərin İPN-ə verdiyi məlumata görə, bununla bağlı Salome Zurabişvili onların təklifini hələ qəbul etməyib. Ümum Gürcüstanın Katolik-Patriarxı Fondunun rəhbəri, Laşa Jvaniyanın sözlərinə görə, oxşar təkliflər olan halda bu məsələyə o deyil patriarx qərar verməlidir.

“Siz bilirsiniz ki, Ümum Gürcüstanın Katolik-Patriarxı Fondunun rəhbəriyəm. Ona görə, buna mən qərar verə bilmərəm. Bu yəqin ki, patriarxın və prezidentin arasında razılıqla verəcəyi qərardır. Patriarx 2010-cu ildə məni fondun rəhbəri olaraq təyin edib, o zaman dedim ki, özüm təyin olunmamışam və özüm də gedə bilmərəm. Bu patriarxın verəcəyi qərardır”- bildirib Laşa Jvaniya.

Şida Kartlinin keçmiş qubernatoru Kaxa Samxaradze isə deyir ki, təklif rəsmi olaraq edilməyib və bu haqda indiki mərhələdə danışa bilməz.

Simon Petredissin sözlərinə görə, o, Salome Zurabişvilinin dostudur və harada lazım gəlsə orada da köək edəcək.
“Salomenin özü mənə heç nə deməyib və görək necə olur. Mən Salome Zurabişvilinin təşəbbüs qrupunun üzvüyəm və nə olsa görəcəyik. Mən Salome ilə dostluq edirəm və harada lazım olsam əlbəttə orada da kömək edəcəm” – bildirib Simon Petredis.

Print ელ. ფოსტა
FaceBook Twitter Google