Parlament sədri vəd verib ki, qanunvericiliklə bağlı ATƏT
tərəfindən verilən rekoemndasiyalar “Araşdırılacaq və nəzərə
alınacaq”.
“Biz müvafiq ölçülər götürəcəyik ki, bu dəyişikliklər bizim
qanunvericilikdə həyata keçirilsin”- bildirib Kobaxidze.
“Bu rekomendasiyanın vacib hissəsi qanunvericilikdə həyata
keçiriləcək dəyişikliklərə aid idi. Bu aydındır ki, bizim
cavabdehliyimizdir və parlament xüsusi cavabdehliklə bu funksiyanı
yerinə yetirməlidir və bizim ölkədə daha yaşı seçki mühitinin
yaranması üçün bu dəyişiklikləri həyata keçirməlyik”- bildirib
Kobaxidze.
Kobaxidze müşahidəçilərə, seçki rəhbərliyinə, seçicilərə və ölkənin
müvafiq orqanlarına təşəkkür edib.
“Xüsusi şəxslərin çox ağır və aqressiv fon yaratmaq cəhdinə
baxmayaraq ümumilikdə hakimiyyət azad və ədalətli seçkilər
keçirməyi bacardı və öölkənin demkratik inkişafı üçün daha bir
addım atdı”- deyr Kobaxidze.
Müxalifət seçkilərin leqitimliyini tanımır.