Qiorqi Vaşadze – Bizim nümayiş keçirmək hüququmuz var və meriyanın razılığından asılı deyilik

“Bizim nümayiş keçirmək hüququmuz var, yerini deməmişik, müvafiq olara meriyanın razılığından asılı deyilik”, - bu barədə birləşmiş müxalifət “Güc Birlikdədir”-in seçki qərargahının rəhbəri Qiorqi Vaşadze 16 dekabrda aksiyanın keçiriləcəyi yer ilə bağlı verilən suala cavab olaraq deyib.


“Meriyanın mitinqin keçirilməsi üçün icazə verməmək haqqı yoxdur. Bizim nümayiş keçirmək hüququmuz var, yerini deməmişik, müvafiq olara meriyanın razılığından asılı deyilik və s. Biz sadəcə meriyaya və hüquq-mühafizə orqanlarına məlumat verəcəyik, başqa heç nə. Onlardan razılıq və ya icazə gözləmirik”, - Vaşadeze deyib.

Xatırladırıq ki, birləşmiş müxalifət dünənki aksiya zamanı 16 dekabr tarixində yenidən aksiya keçirilə biləcəyini elan edib, lakin bu aksiyanın harada keçiriləcəyi məlum deyil.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google