Müxalifətin aksiyası başa çatdı, növbəti toplantı 16 dekabra təyin olunub
Rustaveli prospektində Birləşmiş Müxalifətin aksiyası başa çatıb. Koalisiyanın liderlərindən biri Qiorqi Vaşadze bir daha qeyd edib ki, idarəçi komandaya müxalifət onların təklifini yerinə yetirmək üçün 16 dekabra qədər vaxt verib. Çünki məlumat alıblar ki, inaquruasiya məhz həmin vaxta təyin olunub. Məhz həmin gün növbəti aksiya elan olunub.

“Bidzina İvanişviliyə və Gürcü Arzusuna müraciət edirəm. Vaxt ölçüsü qurulub müddət 16 dekabra qədərdir. 16 dekabra qədər ona görə ki, bizim məlumatımız var inaquruasiya 16 dekabrda olacaq.

Biz konstitusya çərçivəsində qalırıq. Amma hüququmuz var ki, oğurlanmış seçkilərə etiraz edək və bunu edirik. Ona görə də sizin cavabınızı gözləyirik.

Rəqiblərimizə dövlət yanaşmamızı bir daha göstərək. Bu gün dağılırıq və 16 dekabrda toplanırıq. 10 dəfə artıq olacağıq”- deyib Vaşadze.

müxalifət seçkilərin nəticələrinin batil hesab olunması tələbi ilə məhkəməyə müraciət edəcək. O, hakimiyyətə “siyasi böhrandan şıxmaq üçün”işçi qrupu yaratmaq təklif edib.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google