İki tenderə əsasən meriya 29 000-lariyə qədər məbləği 2019-cu ilin gəlişinə sərf edəcək

Yeni il tədbirlərinin təşkil edilməsi xidmətinin alınması üçün bələdiyyə 14 050 larilik tender elan edib.

Tender 27 noyabrda elan olunub. Tender şərtlərinə əsasən yeni il konsertində müxtəlif meyarları qane edəcək dijey iştirak etməlidir.

Məsələn, o, 25 yaşına qədər olmalı və eyni zamanda 4 illik təcrübəsi olmalıdır. Proqram 90 dəqiqəlik olacaq. Bundan əlavə Marneulidə meriya yeni il ərəfəsində 3 illik təcrübəsi olan ən az 7 animator təklif edəcək.

1) 2 oyunbaz 20-30 dəqiqəlik şou ilə, 15-20 dəqiqəlik itlərin şousu;
2.) Prosesi idarə edən 1 animator-aparıcı;
3) 2 nağıl qəhrəmanı - “Çəhrayı və gümüşü rəng troll”;
4) 1 Santa Klaus;
5) 1 gürcü şaxta babası;

Qeyd olunan tender başqa texniki xidmətləri də nəzərdə tutur. İştirak etmək dekabrın 6-na kimi mümkündür.

Marneuli bələdiyyəsi şam ağacı üçün ikinci tenderi artıq elan edib. İndiki mərhələdə tenderdə yalnız bir şirkət iştirak edib və onun seçilib/qiymətləndirilməsi gedir. Yeni il şam ağacı üçün bələdiyyə 14,400 lari xərcləyəcək. Onun təsviri və tərkibi belə görünür:

Rəng: Təbii yaşıl
Hündürlük: (oturacağı olmadan) ən az 10 metr
Dİametri: ən az 4 metr
Material: Yaşıl dəmirdən karkas (ən azı 30X30 mm)
Şam ağacının budaqları : iynəyarpaqlı, Suya davamlı, oda davamlı, yarpaqlar polivilinkorid PVC
Böyük budaqların sayı: ən az 300
Orta budaqların sayı: ən az 3000
Kiçik budaqların sayı: 55000

Şam ağacının işıqlanma qurğusu: Led işıqlandırma - ən az 10 metr uzunluğunda şam ağacına şaquli keçiriləcək (ən az 20 keçid) suya davamlı, pərdə- isti işıqlandırma – flaş rejimi ən az 4.
Lent: - 25 dənə – qırmızı (ölçüsü ən az 50X45 sm)
Lent: - 25 dənə –qızılı rəng (ölçüsü ən az 50X45 sm)
Yanan ulduz - 1 dənə – qızılı rəng (ölçüsü ən az 90X90 sm)

Tender iştirakçısı şam ağacının yerinə aparılmasını, montajını təmin etməlidir.

Şam ağacı açılıb-yığılmalıdır və bir neçə dəfə istifadə olunmalıdır.

Marneuli meriyası keçən il şam ağacını baha olduğuna görə almamışdı və mərkəzdə olan ağaçları bəzəmişdi.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google