Yarım milyondan artıq adamın vaxtı keçmiş kreditinin qeyd olunması
ilə bağlı olan veb-səhifənin qüvvəyə minməsi gecikə bilər.
Maliyyə naziri bildirir ki, prosesin gecikməsi “Kartunun” şərtləri
ilə razılaşmağa qərar verən bir neçə maliyyə təşkilatı ilə
bağlıdır. İvane Macavariani qeyd edir ki, saytın gecikməsinə
baxmayaraq ilin sonuna qədər 600 min nəfərin krediti silinəcək.
“Bildiyimə görə, saytın sonuncu siyahılarla verilməsi gecikə bilər.
Bu proqrama təqribən 10 maliyyə institutu qoşulub. Müvafiq olaraq,
əlavə bazalar gəlir ona görə də bu hesablanmalıdır. Bu adi texniki
işlərdir və düşünürəm ki, İT xidmətdən soruşmalısını. Ancaq 15
dekabrdan borcların silinməsinə başlanacaq əsas prinsip idi və bu
proses ilin sonunda başa çatacaq” – bildirib Macavariani.
19 noyabrda məlum oldu ki, təqribən 600 min vətəndaşın vaxtı keçmiş
statusu olan krediti silinəcək. Maliyyə Nazirliyindən bildirirlər
ki, kreditin silinməsi əsas kredit məbləğinin 2 laridən artıq
olmayan vətəndaşlara aiddir. Bu kreditlərin ümumi hesabı təqribən
1,5 milyard dolları təşkil edir.
Belə ki, Maliyyə Nazirliyi Kartu fondunun yarım milyondan artıq
adamın borcunu silməklə nə qədər məbləğ xərclədiyini dəqiq deyə
bilmir. Nazrliyə əsasən bu Kartu və maliyyə təşkilatları arasında
danışılacaq məslədir.
19 noyabrda İvane Macavariani deyib ki, 3 dekabrda xüsusi sayt
hazır olacaq və onun vasitəsilə vətəndaşlar kreditlərinin
silinməsini yoxlaya biləcəklər.