Müəllimlər üçün yeni dərslik proqramının - “İnkişafetdirici qiymətləndirmə və fərqli tədris” dərsliyinin təqdimatı keçiriləcək
Müəllimlərin Professional İnkişafı üzrə Milli Mərkəzin həyata keçirdiyi müəllimlərin və məktəb direktorlarının peşəkar inkişafı layihəsi “Minilliyin Çağırışı Fondu - Gürcüstan” müəllimlər üçün yeni “İnkişafetdirici qiymətləndirmə və fərqli tədris” dərsliyinin təqdimatını keçirəcəkdir.
Minilliyin Çağırışı Fondundan “İnterpresnyus”a verilən məlumata görə, təqdimata məktəb direktorları və müəllimlərin qatılacağı bildirilib. Təqdimatda Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini İrina Abuladze, Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin direktoru Sofo Qorqodze və Millennium Challenge Fondunun icraçı direktoru Maqda Mağradze çıxış edəcəklər.

Dərslikdə müəllimlər təlim-tədrisin inkişafetdirici qiymətləndirmə və onun fərqli tədris ilə əlaqəsi kimi vacib məsələləri haqqında məlumat alacaqlar.

Dərsliyin müəllifləri psixologiya və məktəb qiymətləndirmə mütəxəssisi Mariana Xundzakişvili və ABŞ-lı müəllim və təhsil üzrə mütəxəssis Sara Viberdir.

Nazirliktən verilən məlumatda dərsliyin Gürcüstanın bütün dövlət məktəblərinə veriləcəyi bildirilib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google