Poka kəndində qisas – qətlə yetirilmiş şəxsin yaxınları qətli törətməkdə ittiham olunan şəxsin evlərini və maşınlarını yandırdılar
Poka kəndində qətlə yetirilmiş şəxsin yaxınları qətli törətməkdə ittiham olunan şəxsin iki evini və dörd maşınını yandırdılar. Məlumatı yerli mətbuat yayıb. Qətlə yetirilmiş şəxsin yaxınları müttəhimin fermasını da yandırmağa çalışıblar, lakin hüquq mühafizəçiləri onların qarşısını alıb. Kənddə çaxnaşma qətlə yetirilmiş gəncin cənazəsi meyitxanadan evə gətirildikdən sonra başlayıb.

3 dekabr tarixində Poka kəndində 33 yaşlı kişini sinif yoldaşı odlu silahdan açdığı atəşlə qətlə yetirib. Polis qatili qəsdən adam öldürmə ittihamı ilə elə həmin gün saxlayıb.

Daxili İşlər Nazirliyi başqasının əmlakına zərər vurma faktı ilə bağlı istintaqa başlayıb.
Mənbə: rustavi2
Print ელ. ფოსტა
FaceBook Twitter Google