Xəbərlər
İmirhəsəndə suvarma suyunun bərpa işləri gedir
Kvemo Kartlidə 2 600 hektar kənd təsərrüfatı sahələrinə suvarma suyunun verilməsi yaxşılaşdırılacaq.
Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin “Gürcüstan Melorasiya” MMC təşkilatı İmirhəsənin suvarma suyu sisteminin mənbəyi və magistral kanalının bərpasını həyata keçirir.

“Gürcüstan Melorasiyası” MMC-nın baş direktoru Otar Şamuqiya Kvemo Kartlidə dövlət qubernatoru Şota Rexviaşvili və Bolnisi bələdiyyəsinin meri Davit Şaradazişvili Bolnisidə gedən işləri nəzərdən keçiriblər və yerli əhali ilə görüşüblər.

Layihə çərçivəsində Maşavera çayının mənbəyidə təmizləmə qalereyasının qanadları təmizlənəcək və öz mexanizmləri ilə montaj olunacaq.

İmirhəsən magistral kanalının 5.5 km-lik hissəsi bərpa olunacaq. İşlər iki sahədə gedir.

Capala kəndində sıx məskunlaşmış məhəllədən keçən arx beton duzbücaqlı formada olan arxla əvəz olunacaq. Arxda eləcə də suyu paylayan quyu, avtomobil və piyada körpüləri qurulacaq.

Bərpa oluna suvarma sistemi ilə Bolnisi bələdiyyəsinin Capala və Savaneti kəndində 2 600 hektar torpaqda su təminatı yaxşılaçacaq.

Gürcüstan melorasiyası son 6 il ərzində Kvemo Kartli bölgəsində, melorasiya infrastrukturuna dair 39 bərpa layihəsi həyata keçirib və nəticədə əlavə 23 473 hektar kənd təsərrüfatı torpaq sahəsi su ilə təmin olunub, suyun 22 517 hektara verilməsi yaxşılaşdırılacaq.
Mənbə: ag.ge
| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
Qoç
- Çətin, mürəkkəb gündür. Problemlərin axını axşam saatlarına qədər
davam edə bilər. Gözlənilməz dəyişikliklər və xəbərlər sürətlə
bir-birini əvəzləyir. Ardıcıllıq yoxdur. Perspektiv istiqaməti
seçin, irəliləyin və arxaya baxmayın.
11:01 / 19.02.2019
Qoç - Çətin, mürəkkəb gündür. Problemlərin axını axşam saatlarına qədər davam edə bilər. Gözlənilməz dəyişikliklər və xəbərlər sürətlə bir-birini əvəzləyir. Ardıcıllıq yoxdur. Perspektiv istiqaməti seçin, irəliləyin və arxaya baxmayın.
Məcburi hərbi xidməti keçməyən şəxslərə dövlət
idarələrində işlə təmin olunmaq qadağan oluna bilər. Hökumət yeni
dəyişikliklər paketi üzərində çalışır.
23:14 / 18.02.2019
Məcburi hərbi xidməti keçməyən şəxslərə dövlət idarələrində işlə təmin olunmaq qadağan oluna bilər. Hökumət yeni dəyişikliklər paketi üzərində çalışır.
Amerikalı alimlərin apardığı araşdırma zamanı
məlum olub ki, uzun müddət bir yerdə oturub televizora baxmaq
bağırsaq xərçəngi yaranmasına səbəb olur. Bu, xüsusilə 50 yaşa kimi
olan insanlar arasında daha çox yayılıb.
16:07 / 18.02.2019
Amerikalı alimlərin apardığı araşdırma zamanı məlum olub ki, uzun müddət bir yerdə oturub televizora baxmaq bağırsaq xərçəngi yaranmasına səbəb olur. Bu, xüsusilə 50 yaşa kimi olan insanlar arasında daha çox yayılıb.
Gürcüstan İqtisadiyyat naziri Qiorqi
Kobulianın dediyinə görə, Gürcüstana qaz yalnız Azərbaycandan idxal
olunmamalıdır və ölkə Rusiyadan da “bir az” qaz
almalıdır.
14:23 / 18.02.2019

Gürcüstan İqtisadiyyat naziri Qiorqi Kobulianın dediyinə görə, Gürcüstana qaz yalnız Azərbaycandan idxal olunmamalıdır və ölkə Rusiyadan da “bir az” qaz almalıdır.

Mixail Saakaşvili genetik testin nəticələrinin
yayımlanmasından sonra facebookda ona qarşı deyilən tənqidlərə rəy
bildirib.
14:04 / 18.02.2019

Mixail Saakaşvili genetik testin nəticələrinin yayımlanmasından sonra facebookda ona qarşı deyilən tənqidlərə rəy bildirib.

Marneulili deputat Ruslan Hacıyev Facebookda
səhifəsində paylaşım edərək bildirib ki, o hər zaman hər kəsin
sualını cavablandırmağa hazırdır.
12:55 / 18.02.2019
Marneulili deputat Ruslan Hacıyev Facebookda səhifəsində paylaşım edərək bildirib ki, o hər zaman hər kəsin sualını cavablandırmağa hazırdır.
Smitlər
ailəsinin qətli işində artıq 14-dən 12 and içən hakimlər seçilib –
bu haqda jurnaistlərə mətbuat konfransında Smitlər ailəsinin
qətlində ittiham olunan Malxaz Kubaurinin vəkili Aleksandre
Kobaidze bildirib.
12:40 / 18.02.2019
Smitlər ailəsinin qətli işində artıq 14-dən 12 and içən hakimlər seçilib – bu haqda jurnaistlərə mətbuat konfransında Smitlər ailəsinin qətlində ittiham olunan Malxaz Kubaurinin vəkili Aleksandre Kobaidze bildirib.
İnstaqram sosial şəbəkəsinin istifadəçiləri
xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya
biləcəklər.
10:58 / 18.02.2019
İnstaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin veb-versiyasında bir-biri ilə ünsiyyət saxlaya biləcəklər.
ვიდეო სიახლეები