ABŞ Dövlət Departamenti – Prezident seçkiləri rahat keçdi, lakin qanun pozuntularına görə narahatıq
“Gürcüstanda keçirilən seçkilərdə müşahidə olunan çoxsaylı qanun pozuntularına görə çox narahatıq, lakin indi biz yeni konstitusiyanın necə həyata keçiriləcəyini yaxından izləyəcəyik”. Bu barədə Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“ABŞ Gürcüstanın NATO-da gələcəyini təsdiq edən 2008-ci il Buxarest sammiti bəyannaməsini açıq şəkildə dəstəkləyir. Gürcüstan islahatların həyata keçirilməsində nəhəng addımlar atıb, xüsusilə müdafiə sahəsində. Gürcüstanın beynəlxalq islahatlara töhfəsi böyükdür.

Prezident seçkilərinin rahat keçməsindən məmnunuq, amma seçkilərdə müşahidə etdiyimiz çoxsayılı qanun pozuntularına görə narahatlıq duyuruq. Lakin indi yeni konstitusyanın necə tətbiq ediləcəyini yaxından izləyirik və düşünürəm ki, gələn ilin başlanğıcı Gürcüstanda demokratik qurumlar üçün bir sınaq olacaq”,
– deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები