Qriqol Vaşadze – Bütün müxalif partiyalar növbədənkənar Parlament seçkiləri, seçki komissiyasının təşkil olunması qaydalarında dəyişiklik və proporsional sistemə keçməyi dəstəkləyir
Bütün müxalif partiyalar üç tələbi – növbədənkənar Parlament seçkiləri, seçki komissiyasının təşkil olunması qaydalarında dəyişiklik və proporsional seçki sisteminə keçməyi dəstəkləyir. Bu barədə jurnalistlərə müxalifət partiyalarının görüşü başa çatdıqdan sonra birləşmiş müxalifətin prezidentliyə keçmiş namizədi və “Milli Hərəkat”ın nümayəndəsi Qriqol Vaşadze bildirib.
“Bugünkü hakimiyyət şərtlərində bütün sonrakı seçkilər ikinci turda baş verən hadisələr kimi olacaq”, - Vaşadze deyib.

Onun dediyinə görə, müxalifət hazırlaşır ki, hakimiyyət onların tələbləri ilə bağlı daim təzyiq altında olsun.

“Bu yalnız siyasi təşkilatların tələbi deyil. Bu vətəndaşların tələbidir. Vətəndaşlar ehtiyac içində yaşamaqdan boğaza yığılıb, insanlar belə yaşamaq istəmirlər,” – deyə Vaşadze bildirib.

Bu gün müxalifət partiyalarının nümayəndələri məsələ ilə bağlı görüş keçiriblər. Görüşdə “Güc Birlikdədir”, “Yeni Sağçılar”, “Demokratik Hərəkat”, “Avropalı Gürcüstan” və başqa partiyaların nümayəndələri iştirak edirdilər. “Azad Demokratlar” və “Quruculuq Hərəkatı”nın nümayəndələri görüşdə iştirak etməyiblər.

Mənbə: İnterPressNews
Print