Qriqol Vaşadze – Heç kəs andiçmə adlanan mərasimi pozmağı düşünmür, bu şounu harada istəyirlər, orada da keçirsinlər
Andiçmə mərasimini istəyirlər Tbilisidə keçirsinlər, istəyirlər Zuqdididə, bizim üçün problem deyil və bunun pozulmasını heç kəs düşünmür. Bu barədə jurnalistlərə müxalifət partiyalarının görüşü başa çatdıqdan sonra birləşmiş müxalifətin prezidentliyə keçmiş namizədi Qriqol Vaşadze bildirib. Onun dediyinə görə, ölkənin qanuni qaydada seçilmiş prezidenti olmadığı halda andiçmə mərasimi keçirmək olmaz.

“Bizim üçün problem deyil, istəyirlər Tbilisidə keçirsinlər, istəyirlər Zuqdididə, harada istəyirlər, orada da keçirsinlər. Onların sözdə andiçmə mərasimini pozmağı heç kəs düşünmür. Ölkənin qanuni şəkildə seçilmiş prezidenti olmadığı halda andiçmə mərasimi keçirmək olmaz. Buna görə də bu şounu harada istəyirlər, orada da keçirsinlər”, – Qriqol Vaşadze bildirib.

Məlum olduğu kimi, yeni seçilmiş prezident Salome Zurabişvilinin andiçmə mərasimi 16 dekabr tarixində Telavidə keçiriləcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google