Andiçmə mərasimini istəyirlər Tbilisidə keçirsinlər, istəyirlər
Zuqdididə, bizim üçün problem deyil və bunun pozulmasını heç kəs
düşünmür.
Bu barədə jurnalistlərə müxalifət partiyalarının görüşü başa
çatdıqdan sonra birləşmiş müxalifətin prezidentliyə keçmiş namizədi
Qriqol Vaşadze bildirib. Onun dediyinə görə, ölkənin qanuni qaydada
seçilmiş prezidenti olmadığı halda andiçmə mərasimi keçirmək
olmaz.
“Bizim üçün problem deyil, istəyirlər Tbilisidə keçirsinlər,
istəyirlər Zuqdididə, harada istəyirlər, orada da keçirsinlər.
Onların sözdə andiçmə mərasimini pozmağı heç kəs düşünmür. Ölkənin
qanuni şəkildə seçilmiş prezidenti olmadığı halda andiçmə mərasimi
keçirmək olmaz. Buna görə də bu şounu harada istəyirlər, orada da
keçirsinlər”, – Qriqol Vaşadze bildirib.
Məlum olduğu kimi, yeni seçilmiş prezident Salome Zurabişvilinin
andiçmə mərasimi 16 dekabr tarixində Telavidə keçiriləcək.