Gürcüstanın yeni seçilmiş prezidenti Zurabişvili The Daily Beast-a
müsahibəsində bildirib ki, Bidzina İvanişviliyə borcu yoxdur və
müstəqil ola bilər.
Seçilmiş prezident deyir, “Gürcü Arzusu”nun təsisçisi bunu onunla
görüşüm zamanı dedi: “Seçkilərdən sonra İvanişvili ilə görüşdüm. O,
mənə dedi ki, idarəçi komandanın qarşısında borclu deyilsən,
müstəqil ola bilərsən” – deyir Zurabişvili müsahibəsində.
Məqalədə qeyd olunduğuna görə, Salome Zurabişvili açıq şəkildə
etiraf edir ki, İvanişvilinin komandasının dəstəyi onun
seçilməsində həlledici rol oynayırdı. Ancaq dediyi kimi İvanişvili
və
gələcəkdə onun
partiyasına qarşı onu loyallığa məcbur edəcək hansısa ön şərt
yoxdur.
Məqalədə eləcə də gərgin seçkiqabağı mühitdən və siyasi vəziyyətdən
söhbət gedir. Məqalənin müəllifi yazır ki, Gürcüstanda məsələ asan
deyil. Ölkədə cəmiyyət ədalətli demokratiya üçün çalışır ancaq
kölgəli liderlər arasında qalıblar. Bir tərəfdən milyonçu Bidzina
İvanişvili – onun partiyası ölkəni idarə edir, digər tərəfdən isə
ölkənin keçmiş prezidenti, müxalifət lideri Mixeil Saakaşvili.