Saakaşvili Ukrayna telekanalında “Cokerlər. Prezidentliyə gedən yol” verilişini aparacaq (VİDEO)

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna telekanalı ZİK-də “Cokerlər.

Prezidentliyə gedən yol” (“Джокери. Шлях у президенти”) adlı veriliş aparacaq.

Bu barədə ZİK-in veb səhifəsində məlumat yayımlanıb. Veriliş 7 dekabrdan etibarən hər cümə Kiyev vaxtı ilə saat 18:30-da efirə gedəcək.

Verilişdə Saakaşvili güman ki, 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədlər barədə söhbət açacaq. Ukraynada prezident seçkiləri 31 mart 2019-cu ilə təyin olunub. Prezident 5 illik müddətə seçilir.

ZİK televiziyası və “Украинская правда” internet mətbuat vasitəsinin birgə layihəsi olan veriliş 2017-ci ildən efirə çıxır və bunadək verilişi Ukraynalı jurnalist Sevgil Musayeva aparırdı.

Kanalın rəhbərlərindən biri Olqa Movçan bildirib ki, layihəyə Musayeva ilə davam etməyi planlaşdırırdılar, lakin o, təhsil almaq üçün ABŞ-a gedib və buna görə də tanınmış şəxs axtarıblar.

“Saakaşvili öz ölkəsini aşağılardan yuxarı qaldıran bir prezidentdir və Ukrayna siyasətinin kulisləri barədə məlumatı var. Aydındır ki, o, sadəcə aparıcıdır. Bizim layihəmizdə onun şərhləri onun vəziyyətlərlə və insanlara qarşı münasibəti və baxışıdır. O, obyektiv jurnalistika mətnini oxuyacaq insandır”, – Movçan bildirib.



Gürcüstandan getdikdən sonra Saakaşvili 2015-2016-cı illərdə tələbəlik dostu, Ukrayna prezidenti Petro Poroşenko ilə aralarında qarşıdurma yarananadək Odessa qubernatoru kimi çalışıb. Bundan sonra isə o, müxalif “Yeni qüvvələr hərəkatı” partiyasını yaradıb. 2018-ci ildə o, Ukraynadan çıxarılıb.

ZİK-in məlumatına görə, Saakaşvili hal-hazırda Hollandiyadadır.

 

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google