2019-cu ildə dünyada ümumilikdə 132 milyon insanın humanitar
yardıma ehtiyacı olacaq.
Bununla bağlı BMT baş katibinin humanitar məsələlər üzrə müavini
Mark Lokok keçirdiyi brifinqdə deyib.
“BMT və beynəlxalq humanitar təşkilatın məqsədi ərzağa, sığınacağa,
səhiyyə və təhsil xidmətlərinə ehtiyacı olan 94 milyon insana
humanitar yardım göstərməkdir”, - M.Lokok bildirib.
BMT-nin yaydığı məlumatda qeyd edilib ki, Suriya istisna olmaqla,
humanitar yardım göstərmək üçün dünya ictimaiyyəti 21,9 milyard
dollar ayırmalıdır, bunlardan dörd milyardı Yəmənə, 900 milyonu isə
Arakan və Banqladeşdən olan qaçqınlara verilməlidir.
Baş katibin sözlərinə görə, Suriya əhalisinə humanitar yardım
göstərilməsi üçün dörd milyard dollara yaxın maliyyə lazımdır.
Beləliklə, 2019-cu ildə humanitar yardım üçün 25 milyard dollar
vəsait ayrılmalıdır.
Bu ilin noyabrın ortalarına qədər BMT-nin donor ölkələri 13,9
milyard dollar ayırıb ki, bu da ötən illə müqayisədə 10 faiz
çoxdur.
Mənbə: oxu.az