Yerli özünüidarə Marneuli idmançılarına pul mükafatı verəcək
15:44 / 06.12.2018
Marneulili, qol
güləşi üzrə çempion olan idmançıya pul mükafatı
verəcəklər.
Bu
haqda məlumatı bu gün, 6 dekabrda bələdiyyə iclasında veriblər.
“Sereteli kəndində yaşayan Tamaz Bocoidze Cənubi
Osetiya administrasiyası tərəfindən təşkil olunmuş “Sülh kuboku”
qol güləşi üzrə yarışda çempion olub. Ona həvəsləndirmə məqsəsi ilə
pul mükafatı vermək olardı” – deyib bələdiyyə üzvü
Besik Quceciani.
Bələdiyyə məclisi qərar qəbul edib ki, Marneulili idmançıya pul
mükafatı versinlər. Güman edilən məbləğ 700 lari olaraq müzakirə
olunur. Qərarı Marneuli meriyası qəbul edəcək.
Bugünkü iclasda büdcəyə daxil ediləcəl dəyişikliklər və eləcə də
Saimerlo və Araflı kəndində yaşayan iki nəfər tibbi yardım məsələsi
müzakirə olunub.
Bələdiyyə məclisinin iclasında qərar qəbul olunub ki, Marneuli
bələdiyyəsinin Kirovka kəndində həyata keçirilən içməli su boru
xəttələrinin tikintisi Marneuli “Sopdzğalinin” daimi istifadəsinə
verilsin.
Bələdiyyə məclisinin iclasında deputatlar cəmi 5 məsələni müzakirə
ediblər. Bütün məsələlərə dair müsbət qərar qəbul ediblər.
Qeyd etmək lazımdır ki, bələdiyyə məclisinin bütün üzvləri gender
zorakılığına qarşı 16 günlük kampaniya çərçivəsində simvolik olaraq
həmrəylik elan ediblər.