ABŞ Qara Dənizə döyüş gəmisi göndərməyi planlaşdırır. Bu barədə
məlumat CNN tərəfindən yayılıb.
Telekanalın məlumatına görə, Amerikalı hərbçilər ABŞ Dövlət
Departamentindən Amerika hərbçilərinin Qara dənizə daxil olacağı
barədə Türkiyəyə məlumat vermələrini istəyiblər.
Qeyd edək ki, bu hərəkət Qara dəniz bölgəsində Rusiya tərəfindən
aparılan, Ukrayna donanmasnına aid gəmilərin və əsgərlərin Kerç
boğazında saxlanılması ilə nəticələnən təcavüzkar hərəkətlər
fonunda baş verir.
Xatırladaq ki, noyabırın 25-də Rusiya gəmiləri Kerç boğazında iki
Ukrayna kateri və bir çəkicini saxlayıblar. Kiyevdən verilən
açıqlama da isə gəmilərin bütün normalara uyğun hərəkət etdiyi
bildirilib. Lakin “FTB”-nun açıqlamasında isə dənizçilərin
təhlükəli manevrlər etdiyini və rus əsgərlərinin onları dayandırmaq
üçün atəş açmaq məcburiyyıtində qaldıqlarını bildirilib.
Nəticədə 6 Ukrayna dənizçisi yaralanıb. 24 dənizci isə Rusiya
dənizciləri tərəfindən saxlanılıb.
Saxlanılan əsgərlər, Rusiya dövlət sərhədini qeyri qanuni keçməkdə
ittiham olunurlar.