Tbilisidə rüşvət götürmə faktına görə patrul-müfəttişini həbs ediblər
DİN-in məlumatına görə, Baş Müfəttişlik 34 yaşlı patrul-müfəttişi rüşvət götürmək faktına görə həbs edib.
“İstintaq müəyyən edib ki, Tbilisinin metro stansiyalarından birində vətəndaş K.M. müəyyən məbləğ qarşılğında öz səyahət kartı ilə, turniketləri keçməklə, vətəndaşları qanunsuz keçirirmiş. Qeyd olunan pozuntu haqqında metropolitenin patrul əməkdaşına məlumat çatır. O, M.K.-nın əməlinin üstünü açmamaq əvəzində rüşvət olaraq hər növbətçi olduğu gün müəyyən məbləğ ödəməsini tələb edib.

DİN-in Baş Müfəttişliyinin əməkdaşları N.Ş.-nı cari ilin 6 dekabr tarixində hakimin hökmü əsasında Tbilisidə, metro stansiyada növbəti rüşvət götürmə faktı zamanı həbs ediblər”
- qeyd olunur DİN-nin bəyanatında.

İstintaq rüşvət götürmə faktına dair CM-nin 338-ci maddəsinin 1-ci hissəsi ilə gedir.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google