Əgər andiçmə mərasiminə qədər məni prezident olaraq tanıyarsa dəvət olunacaq - Zurabişvili Vaşadze haqqında
Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Birləşmiş Müxalifətin keçmiş prezidentliyə namizədini andiçmə mərasiminə yalnız o zaman dəvət edə bilər ki, Vaşadze andiçmə mərasiminə qədər onun prezident olduğunu tanıya.

İlk əvvəl Zurabişvili jurnalistlərə deyib ki, bu məsələ haqqında düşünməlidir, ancaq sualı təkrar etdikdən sonra belə cavab verib:

“Əgər andiçmə mərasiminə qədər prezident olaraq tanınaramsa dəvət olunacaq”.

Gürcüstanın 5-ci prezidentinin andiçmə mərasimi Telavidə, Erekle 2-nin iqamətgahında 16 dekabr tarixində baş tutacaq.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google