Ərdoğan Zurabişvilini qələbə münasibəti ilə təbrik edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Salome Zurabişvilini prezident seçkilərinin ikinci turundakı qələbəsi münasibəti ilə təbrik edib. Məktubu Zurabişvilini mətbuat xidməti yayımlayır.

Ərdoğan qalib namizədə göndərdiyi təbrikdə gələcək əməkdaşlıq perspektivlərindən danışıb.

“Məlumat aldım ki, 2018-ci ilin 28 noyabr tarixində keçirilən prezident seçkilərinin 2-ci turunda Gürcüstan prezidenti olmaq üçün səslərin yetərli sayını toplayıbsınız. Sizi xalqın səsi ilə bu ləyaqətli vəzifəyə seçilməniz münasibəti ilə təbrik edirəm.

Sizinlə birgə Türkiyə və Gürcüstan arasında olan strateji əməkdaşlıq, ikitərəfli və çoxtərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çalışmağa sevinərəm.

Fürsətdən istfadə edərək sizə sağlamlıq və xoşbəxtlik, gürcü xalqına isə - firavanlıq və inkişaf arzu edirəm”
– yazır Ərdoğan.

2018-ci ilin prezident seçkilərinin ikinci turunda “Gürcü Arzusu” tərəfindən dəstəklənən namizəd səslərin 59,52%-i toplayıb.
Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google