İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bahram Qasemi 3
dekabrda bildirib ki, (müəyyən dövr ərzində) İranın 200-ə qədər
vətəndaşını sənədləri qaydasında olmasına baxmayaraq Gürcüstana
buraxmayıblar.
Onun sözlərinə görə, Tehran Tbilisi ilə bu məsələ ilə bağlı həll
olana qədər danışıqlar aparmağa davam edəcək.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi
deyir:
“Bunun səbəbi bizim üçün aydın deyil. Biz bu
qərara qarşıyıq və gürcü tərəfi ilə bu məsələni həll etmək üçün
danışıqlara davam edəcəyik”.
“Netgazeti”yə XİN-dən bildiriblər ki, bir gündə 200 nəfər İran
vətəndaşının ölkəyə buraxılmamasını inkar edirlər. Ancaq mətbuat
katibi 3 dekabrda 200 nəfərin buraxılmamasından deyil, “3 dekabra
qədər 200-ə yaxın vətəndaşın buraxılmamasından” danışırdı.
“Netagzetinin” indiki vəziyyətə görə (3 dekabr) İranın neçə nəfər
vətəndaşının sərhəddən geri qaytarılması ilə bağlı sualına DİN-dən
cavab veriblər ki, bu məlumatı ictimai məlumat olaraq nazirlikdən
tələb etməlidirlər.
Azadlıq radiosunun məlumatına görə, İranın xəbər agentliyi Fars
yazır ki, 30 noyabrda geri qayıtmaq üçün bileti və səyahət
sığortası olan, İranın 18 nəfər vətəndaşını ölkəyə
buraxmayıblar.
İran vətəndaşlarının buraxılmaması məsələsinə Xaxrici İşlər Naziri
Davit Zalkaliani rəy bildirib. Nazirlikdən Netgazetiyə verilən
audio qeyddə Zalkaliani jurnalistə deyir ki, İranın XİN-nin
nümayəndəsi bildirib ki, 2 dekabrda Gürcüstana hava və quru yolla
200 nəfər İran vətəndaşını buraxmayıblar. O, cavab verir:
“Göstəricilərlə bağlı bizim fərqli mövqeyimiz, fərqli
məlumatımız var. Təbii ki, Tbilisidə onların səfirliyi ilə ünsiyyət
olacaq və bu istiqamətlərin hamısı ilə bağlı bizim tərəfimizdən
onlara məlumat veriləcək. Onların da mövcud suallara cavab vermək
imkanı olacaq”.