İrakli Kobaxidze – Parlament yerli hökumətin gücləndirilməsi və mərkəzdən asılılığının azaldılması ideyasının fəal dəstəkçisi olacaq
Parlament yerli hökumətin gücləndirilməsi və mərkəzdən asılılığının azaldılması ideyasının fəal dəstəkçisi olacaq. Bu barədə Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze Parlamentdə Gürcüstanın Dövlət və Yerli Hökumətinin İnstitusional Dialoqunun Ümumi Forumunda çıxışı zamanı deyib.

İrakli Kobaxidze yerli özünüidarələrin rolunun artırılması və bu prosesdə vətəndaşların maksimal iştirakı barədə söhbət açıb.

“Yerli özünüidarənin ən əsas prinsipi vətəndaşların iştirakıdır. Əgər vətəndaşları fəal iştirakı təmin olunmayıbsa, yerli özünüidarə heç nədir. Buradan irəli gələrək, bu iştirak mexanizmlərinin yaradılmasına böyük rol ayrılmalıdır.

Bu gün Parlament hökumətlə birgə məhz bu yöndə istiqamətlənmiş yeni institusional mexanizmlərin yaradılması üzərində çalışır. Yerli hakimiyyətin həyata keçirilməsində vətəndaşın maksimal iştirakına istiaqmətlənmiş olacaqlar.

Parlament yerli özünüidarənin gücləndirilməsi ideyasının, mərkəzdən asılılığın azaldılması ideyasının fəal dəstəkçisi olacaq,”
– deyə İrakli Kobaxidze bildirib.

Mənbə: İnterPressNews
Print ელ. ფოსტა
FaceBook Twitter Google