Xarici ölkə vətəndaşlarına kənd təsərrüfatı təyinatlı torpaqların satılmasına qoyulmuş qadağa ləğv edildi
Xarici ölkə vətəndaşları Gürcüstan ərazisində yenidən kənd təsərrüfatı təyinatlı torpaq ala biləcəklər. Xarici ölkə vətəndaşlarına qoyulmuş məhdudiyyətləri Konstitusiya Məhkəməsi bu gün, 7 dekabr tarixində ləğv edib.

Qərar məsələ müzakirə olunmadan açıqlanıb, belə ki, məhkəmə bu günədək məsələni iki dəfə – 2012 və 2014-cü illərdə müzakirə edib. Hər iki halda xarici ölkə vətəndaşlarına torpaq satılmasına məhdudiyyətlər qoyan hüquqi norma ləğv edilib.

Gürcüstan ərazisində xarici ölkə vətəndaşlarına torpaq satılmasını qadağan edən qanun layihəsini Parlamentə 30 may tarixində Parlament əksəriyyəti olan “Gürcü Arzusu”nun üzvləri təqdim edib. Həmin vaxt Gürcüstan vətəndaşlığı olmayan şəxslərə kənd təsərrüfatı təyinatlı torpaq satılması qadağan olunmuşdu.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google