Fiziki imkanları məhdud şəxslər 10 dekabrdan 10 yanvar tarixində qədər şəxsiyyəti vəsiqəsini pulsuz alacaqlar
Fiziki imkanları məhdud şəxslər 10 dekabrdan 10 yanvar tarixində qədər şəxsiyyəti vəsiqəsini pulsuz alacaqlar – bu haqda Gürcüstan Ədliyyə naziri Tea Tsulukiani nazirliyin brifinqində bildirib.
Fiziki imkanları məhdud şəxs statusunu təsdiqləyən sənədi təqdim etdiyi halda yetkinlik yaşına çatmış şəxslər pasport və şəxsiyyət vəsiqəsini tam təmənnasız ala biləcəklər. Yetkinlik yaşına çatmayan şəxslər isə müvafiq arayış təqdim olunan halda elektron şəxsiyyət vəsiqəsini pulsuz ala biləcəklər.

Şəxsiyyət vəsiqəsini pulsuz almaq üçün vətəndaşlar Ədliyyə Evlərinə, Dövlər Xidməti İnkişaf Agentliklərinin ərazi xidmətlərinə və ya İctimai Mərkəzlərə müraciət etməlidirlər və fiziki məhdud imkanları təsdiq edən sənəd təqdim etməlidirlər.

Fiziki imkanları məhdud şəxslər fotoşəkilin çəkilməsi xərclərindən də azaddırlar. Hazır sənədlər vətəndaşa 10 iş günü müddətində veriləcək.

Ədliyyə Nazirliyinin məlumatına görə, pulsuz şəxsiyyət vəsiqəsinin verilməsi aksiyası Tea Tsulukianinin təşəbbüsü ilə, 2013-cü ildən davamlı olaraq elan olunur. 2013-2018-ci illərdə verilmiş 2 600 000-dən çox şəxsiyyət vəsiqəsinin yarıdan çoxu – 1 500 000-ə qədər sənədi pulsuz və ya güzəştli qiymətə verilib. Bu dəfə isə aksiya xüsusi olaraq fiziki imkanları məhdud şəxslər üçün elan olunub.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google