10 dekabr üçün ulduz falı
Qoç - əvvəllər planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.

Buğa - günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikayətlənməyin. Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər.

Əkizlər - maraqlandığınız predmetlə bağlı maksimum informasiya əldə etməyə çalışın. Belə hazırlıqda fayda var. İstənilən formada gözlənlməz hadisəni sürpriz kimi qarşılamayın. Yeni layihələrin reallaşdırılmasını ertələyin.

Xərçəng - günün ilk yarısı mühüm işlər və genişmiqyaslı layihələr üçün əlverişli deyil. Başlamaq istədiyiniz işin təfərrüatları, detalları barədə mümkün qədər çox informasiya toplayın. İşgüzar görüşə hazırlaşın. Ünsiyyət zamanı qarşı tərəflə sayıq davranın.

Şir - işlərinizin irəliləməsi üçün başqasının təcrübəsindən yararlanın. Maraqlandığınız məsələlərdə ciddi nailiyyətlər üçün peşəkarın yardımına ehtiyacınız var.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Yeni işlərə hazır olun. Fəqət tələsməyin. Əvvəlcə planlaşdırın, sonra reallaşdırmağa başlayın.

Qız - günün ilk yarısında önəmli işə başlamaq olar. Aktiv ünsiyyət və yeni insanlarla görüşlərdə xeyir var. Gərəkli informasiyanı əldə etməyə çalışın.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Situasiyadan dərhal yararlanmağa tələsməyin.
Günün ikinci yarısında vəziyyəti yaxşı təhlil edin.

Tərəzi - ötənlərdə verdiyiniz vədlərlə bağlı səhər saatlarında problemlər yarana bilər. Narahat olmayın, saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Aktiv olun, yarımçıq işləri tamamlayın. Müşkül vəziyyətdən çıxış yolu olduğunu unutmayın. Günün ikinci yarısında yeni məlumat, gözlənilməz informasiya istisna deyil.

Əqrəb - qarşınıza həddən ziyadə çətin məqsədlər qoymayın. Belə məqsədlərə çatmaq üçün özünüzdə qüvvə hiss edirsinizsə, aramla çalışın. Rutin işlərin başa vurulması üçün yardıma ehtiyacınız var. Əks təqdirdə əhvalınız pozulacaq, özünüzü yorğun hiss edəcəksiniz.

Oxatan - günün ilk yarısı həddən artıq mühüm məsələlərin həlli üçün əlverişli zaman deyil. İşgüzar aktivliyinizi azalda bilərsiniz. Peşəkar fəaliyyət ortamını dəyişmək olar. Problemlər barədə çox düşünməyin.

Oğlaq - diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və yanlışlıqlar sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar münasibətlər korlanacaq. İşdə rəhbərliyin tələbləri ziddiyyətli, qarışıqdır. Həmkarlarınız ümidlərinizi doğrultmayacaq.

Dolça - günün ilk yarısında ciddi işlərlə məşğul olun. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Tərif gözləməyin. Təkliflərinizin dərhal eşidiləcəyini, müzakirə olunacağını düşünməyin. Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın.

Balıqlar - günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və məsuliyyətli işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlarla bağlı qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın, potensial sifarişçi və ya yaşamınızda önəmli rol oynayacaq insanlarla müzakirələrə başlayın.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google