Pirotexnikanın yetkinlik yaşına çatmamış şəxslərə satılması cəzalandırıla bilər
Pirotexnikanın yetkinlik yaşına çatmamış şəxslərə satılması cəzalandırıla bilər. Bu sabah parlamentdə təsdiqlənməli olan qanunlayihənin təsdiqlənməsi halında olacaq.

Sənədə əsasən inzibati xətalar məcəlləsinə yeni maddə daxil olacaq. Maddə yetkinlik yaşına çatmamış şəxslərə pirotexnikanın satılmasını tənzimləyəcək. Belə halların qeydə alınması zamanı fiziki şəxs 100 lari, hüquqi şəxs isə 200 lari dəyərində məbləğlə cərimələnəcək.

Qeyd olunan hal təkrar olunarsa fiziki şəxs 200 lari, hüquqi şəxs 400 lari cərimələnəcək.
Qanunlayihənin müəllifləri onun qəbul edilməsini yetkinlik yaşına çatmamış şəxslərə pirotexnika məhsullarının sərbəst əlçatan olması təhlükəsi ilə izah edirlər.

“Bayram günlərində pirotexniki maddələrin partlaması nəticəsində yetkinlik yaşına çatmamış şəxslərin aldığı yüngül bədən xəsarətləri faktları ilə təhlükə dəfələrlə təsdiqlənib.

2018-ci ilin yanvarında Tbilisidə tibbi müəssisələrdə pirotexnikadan dəyən faciəvi zərərlə 44 nəfər xəstəxanaya yerləşdirilmişdi. Onlardan 24 nəfəri yetkinlik yaşına çatmamış şəxslər idi. 2017-ci ilin başlanğıcında da pirotexnikadan istifadə nəticəsində 54 nəfər zərər çəkib” – oxuyuruq sənədin izahat kartında.

Qanunlayihənin təşəbbüskarları deputatlardır: Mariam Caşi, Simon Nozadze, Revaz Arvelidze, Quram Macaraşvili, Dimitri Xundadze, Endzela Macavariani, Svetlana Kudba, Rati İonataşvili və Zaza Qabuniya.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google