Çörək bahalaşıb və ev şəraitində bişirmək daha sərfəlidir
Qədim zamanlarda insanlar od almağı öyrəndikdən sonra qızmar daş üstündə şit kökə bişirməyə başlamışdılar. Bununla da qida problemi qismən həll edilmişdi.

Əsl çörək bişirənlər qədim misirlilər sayılır. Onlardan biri un və su qarışığını isti kürədə qoyub yatandan sonra səhər durub yumşaq xəmir alındığının şahidi olub. Həmin xəmirdən çox ləzzətli çörək bişibmiş.

Sonralar çörəkbişirmə peşəsi qədim yunanlara da keçib. Onlar çörəyi gildən düzəldilmiş formalarda bişirirdilər.
Həmin formalara "Klibanos" deyirdilər. Qədim qotların çörəyə verdikləri "Xlayfs", qədim alman dilində "Xlayb", rusların "Xleb", ukraynalıların "Xlib", estonların "Leyb" adları "Klibanos" adından törənmiş sözlərdir.

Qədim misirlilər və yunanlar çörəyi acıtma qatılmış buğda unu xəmirindən bişirirdilər.
Qədim Yunanıstanda çörəkbişirənlər ən yüksək dövlət vəzifələri də tuta bilirdilər.

İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. İnsanın sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Bəlkə də çoxları çörəyin gənclik vitamini sayılan E vitamininin, habelə PP və B qrupu vitaminlərinin mənbəyi olduğunu bilmirlər. Həmin vitaminlər insan beynini aktivləşdirir, onun yorulmasına və fəaliyyətsizliyinə imkan vermir. Çörəkdə həzm prosesini yaxşılaşdıran və orqanizmin təmizlənməsinə kömək edən sellüloz var.
Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir. Çovdar çörəyi çox faydalıdır. Çovdar çörəyi qanda xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmdən şlakları təmizləyir, onlarca xəstəliyin, o cümlədən onkoloji xəstəliklərin qarşısını almağa kömək edir.

  • 1 kq un
  • Təmiz içməli Su
  • 1 çay qaşığının ucunda maya
  • Yarım çay qaşığı şəkər tozu
  • 1 desert qaşığı duz
  • Və əlbəttə ki, soba.

İndi isə xəmirin hazırlanma qaydasına nəzər salaq: İlk öncə kiçik qabda 1 çay qaşığının ucunda olan mayanı Yarım çay qaşığı şəkər tozu ilə ilıq suda qarışdırırsan. Bunu ona görə edirik ki, xəmir daha tez gəlsin. Suyu az miqdarda istifadə etmək lazımdır. Hazırlanmış məhlulu Plastmas qabdakı 1 kq olan unun üzərinə əlavə edirik. Və bundan sonra da Təmiz içməli Suyu unun üzərinə əlavə edirik. Bu zaman diqqət yetirilməli olan əsas məsələ xəmirin həddən artıq duru olmasına yol verməmək. Heç bir un qalığının qalmamasına əmin olduqdan sonra xəmirin qarışdırılmasını dayandırırıq. Xəmir tam hazır olandan sonra onu qarışdırdığımız qabın içinə qoyub ağzını örtürük və isti yun örtüklə sarıyıb xəmirin gəlməsi üçün 3-4 saat gözləyirik.

Print ელ. ფოსტა
FaceBook Twitter Google