Qəbir qazarkən tarixi sikkələr tapmış qəbirqazanlar məsuliyyətə cəlb olunub
Qəbir qazarkən tarixi sikkələr tapmış qəbirqazanlar məsuliyyətə cəlb olunub. Hadisə ilə bağlı başqasının əmlakını mənimsəmək ittihamı ilə istintaq başlayıb. Belə ki, qəbirqazanlar qəbir qazarkən torpağın dərinliklərindən tapdıqları gümüş və qızıl sikkələri Kutaisidə lombardlardan birinə qoyaraq 11 min lari götürüblər.

Hadisə Sameqreloda baş verib. İlkin məlumata görə, onlar tapdıqları əşyaların tarixi olduğunu və onları lombarda deyil, muzeyə verməli olduqlarını bilməyiblər.

Tapılmış əşyaların bir qismi istintaq çərçivəsində polis tərəfindən möhürlənib.
Mənbə: rustavi2
Print ელ. ფოსტა
FaceBook Twitter Google