“Tsiskvili” restoranında qanlı hesablaşma – yaralanmış indiki və keçmiş yüksək vəzifəli məmurlardan biri ağır vəziyyətdədir
“Tsiskvili”
restoranında qanlı hesablaşma – yaralanmış indiki və keçmiş yüksək
vəzifəli məmurlardan biri ağır vəziyyətdədir.
O,
hal-hazırda reanimasiya şöbəsində qalmaqdadır. İki nəfər isə özünü
nisbətən yaxşı hiss edir.
Versiyalardan birinə görə, hücum edən şəxs 2 illik həbsdən sonra bu
yaxınlarda azadlığa çıxmış Qiorqi Kançavelidir. O, yüksək vəzifəli
məmurları – Cəzaçəkmə Departamenti rəhbərinin keçmiş müavini Zviad
Mixanaşvili, Həbsxanalara Nəzarət Xidmətinin iki yüksək vəzifəli
məmuru Çabua Quşaraşvili və İrakli Çitanavanı elə yaralayıb ki,
restoranın mühafizə xidməti reaksiya göstərməyə macal tapmayıb.
Polis isə çağırışa gecikdiyindən bıçaqla silahlanmış keçmiş məhbus
ərazini problemsiz tərk edib.
Sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə istintaq davam
edir. Hüquq mühafizəçilərinin cinayətkarın axtarışı əməliyyatları
hələki nəticə verməyib.
Mənbə:
rustavi2