Günün fərqli saatlarında kofe insan orqanizminə müsbət təsirlər edir
İnsanların
əksəriyəti gündəlik həyatlarında kofedən istifadə edirlər. Gün
ərzində içdiyimiz kofenin ziyanlarının olduğu qədər bilmədiymiz
faydaları da var.
Günün fərqli saatlarında içdiyimiz kofenin orqanizmimizə olan
faydaları haqqında məlumatı təqdim edirik.
Səhər içilən kofe böyrəklərin işini aktivləşdirir, gecədən yığılmış
şlakların çıxarılmasına kömək edir.
Nahar vaxtı qəbul edilən kofe mədəaltı vəzini aktivləşdirir və qida
həzmini asanlaşdırır.
Nahar kofesi əzələlərə daha çox təsir edir və yorğunluğu
götürür.
Axşam qəbul edilən kofe isə əqli fəaliyyətə müsbət təsir edir və
yaradıcı aktivliyi artırır.
Qeyd edək ki, kofenin hazırlanma üsulu da sağlamlığa müxtəlif cür
təsir edir. İtaliyalı həkimlər aşkar ediblər ki, kofe lipid
mübadiləsinə də təsir göstərir. Məsələn: turkada hazırlanmış kofe
xolesterenin miqdarını daha çox artırır, nəinki espresso.
Nəticə etibarilə espresso daha xeyirlidir.
Lakin kofenin də saxta variantı var. Təbii və keyfiyyətli kofe
olması məsləhətdir.