Bu qidalarla saçınız öz sağlamlığına qovuşacaq
14:10 / 14.12.2018
Saçların sağlam və gur olması üçün kifayət
qədər vitamin və mikroelementlər tələb olunur:
Dəmir, A vitamini, B qrupu vitaminləri, xüsusilə В6 və В12, D
vitamini, Omeqa-3 yağ turşuları, Sink, Selen və
Maqnezium.
Sağlam qidalanmaya baxmayaraq, saçlar
tökülməyə və solğunlaşmağa davam edirsə, bu, daxili orqanların
xəstəlikləri ilə bağlı ola bilər. Məsələn, tiroid vəzi. Bu halda
həkimə müraciət etmək lazımdır.
Bu qidalar sayəsində saçlarınızın sağlamlığının qeydinə qala
bilərsiniz.
1. Qoz
Araşdırmalar göstərib ki, Omeqa-3 və Omeqa-6 yağ turşuları saç
tökülməsinin qarşısını alır və onların artımını stimullaşdırır.
Bundan başqa, qoz yağı baş dərisi və saç folekulları üçün təbii
elementdir. Qoz B və E vitamini, həmçinin sinklə zəngindir. E
vitamini saç üçün xüsusilə faydalıdır, o baş dərisinin
iltihablanmasının qarşısını alır və hüceyrələrin sağlam qalmasına
kömək edir.
2. Stridiya
Araşdırmalara görə, yer üzündə insanların 80% -i dəmir
çatışmazlığından əziyyət çəkir. Hətta dəmir səviyyəsinin çox az
dəyişməsi də saçlara mənfi təsir göstərə bilər. Dəmirin ən zəngin
mənbələri bunlardır: qırmızı ət, göyərti, taxıl məhsulları, paxla
və yumurta. Amma onun ən güclü mənbəyi stridiyadır. Onların hər
birində 4,5 mq dəmir və 14 mq sink var.
3. İspanaq
İspanaq da əla dəmir mənbəyidir. Bundan başqa, o, fol turşusuyla, A
və C vitaminləriylə zəngindir, Sonuncu saçların möhkəmlənməsi və
kollagen sintezi üçün vacibdir.
4. Mal əti
Qırmızı ət Omeqa-3, dəmir və yağ turşularıyla çox zəngindir. Bir
kiçik porsiyada 2 mq dəmir, 6 q faydalı doymamış yağlar və 22 q
zülal var.
5. Yumurta
Zülal və biotin mənbəyi olan yumurta saç üçün çox vacibdir. Bundan
başqa, onda D vitamini olur.
6. Qızıl balıq
Yağlı balıq Omeqa-3, zülalla, D vitamini ilə və yağlı turşularla
zəngindir. Bu komponentlər baş dərisinin vəziyyətini yaxşılaşdırır
və saçların yaxşı görünməsini təmin edir.