15 dekabr üçün ulduz falı
Qoç - peşəkar fəaliyyət müstəvisində aktiv hərəkətlər üçün əlverişli zamandır. Fiziki əməkdə fayda var. Uzaq yola çıxmaq olar. Mövqelərini müdafiə edəndə, maraqlarınızı qoruyanda ifrata varmayın. Enerjinizdən effektiv istifadə edin.

Buğa - fikirləriniz və niyyətləriniz pis olmaya bilmir. Amma inadkar, aqressiv olsanız və üstəlik, yaxın ətrafınızdakı insanlara nəzarət etməyə çalışsanız, belə davranış mübahisələrə, hətta toqquşmalara səbəb olacaq. Bilavasitə öhdənizdəki işlərlə məşğul olun. Başqalarına necə yaşamağın gərəkdiyini öyrətməyin.

Əkizlər - aktiv fəaliyyət üçün əla gündür. Çətin məsələləri həll etmək, mürəkkəb texniki problemləri çözmək gərəkdir. Enerji potensialınızın səviyyəsi yüksəkdir. Fəaliyyətinizi faydalı, gərəkli məcraya yönəltsəniz, yaxşı nəticələr əldə edəcəksiniz.

Xərçəng - riskli addımlar atmaqdan çəkinməyin, çoxdan bəri planlaşdırdığınız addımı atın. Qərarınız ilk baxışdan təhlükəli təsir bağışlasa da, nəticə sizi sevindirə bilər. Yaxın ətrafınzdakı insanlara nəzarət istəklərindən əl çəkin.

Şir - bəzi hadisələr ətrafınızdakı insanlarla münasibətlərə təsir edə bilər. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Mədəniyyətsiz, qaba insanlardan uzaq durun. Situasiya əlverişsiz olarsa, amiranəlik eşqinə düşməyin.

Qız - səbrli, təmkinli olmağa çalışın. Yaxşı tanımadığınız insanlara izafi önəm verməyin. Soyuqqanlı və məntiqli davranmasanız, dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz. Münaqişəyə səbəb olmayın. Emosional fon stabil deyil. Ziddiyyətli açıqlamalar səbr kasanızı daşdırmasın.

Tərəzi - gərgin və ziddiyyətli, ağır gündür. Problemlərin miqyasını həddən artıq artırmayın. Kiçik qələbələri görməyi bacarın. Ən kiçik səhvin fəsadları aradan qaldırılmasa, situasiya ağırlaşacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə çox önəm verməyin.

Əqrəb - İfrat mülayimlik, kompromisslərə ifrat meyllilik pis nəticə verə bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla səmimi olsanız, münasibətləri qoruya bilərsiniz. Yaxşı məziyyətlərinizi nümayiş etdirin. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.

Oxatan - yaxın ətrafınızdakı insanların yardımlarından boyun qaçırmayın. Onlar sizə dəstək verməyə çalışırlar. Yaradıcı fəaliyyətlə məşğulsunuzsa, işlərinizdə ciddi irəliləyişlər olacaq. Yeni tərəfdaş və ya dost qazana bilərsiniz.

Oğlaq - mümkün qədər ehtiyatlı olun. Sərvaxt davranın, illüziyalara qapılmayın. Qərarlarınız düşünülüb-daşınılmış, məntiqi olmalıdır. Hisslər burulğanına düşsəniz, ağır fəsadlı səhvlər istisna deyil. Günün ikinci yarısında rəqiblə qarşıdurmanızın nəticəsi seçiminizdən asılıdır. 

Dolça - görülən işlərin miqyası və nəticəsindən asılı olmayaraq natamamlıq, narazılıq hissləri yarana bilər. Həddən artıq enerji, habelə ağır zəhmət tələb edən işə başlamayın. Rutin işlərlə məşğul olun, yaşamın yeknəsək ritminə kobud müdaxilə etməyin.

Balıqlar - hər şeyi və həmişə nəzarətdə saxlamaq mümkün deyil. Bəzi işləri vaxtında görmək üçün etibar etdiyiniz adamla çalışın. Situasiya təbii axarında inkişaf etsin.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google