15 dekabr üçün ulduz falı
Qoç - peşəkar
fəaliyyət müstəvisində aktiv hərəkətlər üçün əlverişli zamandır.
Fiziki əməkdə fayda var. Uzaq yola çıxmaq olar. Mövqelərini müdafiə
edəndə, maraqlarınızı qoruyanda ifrata varmayın. Enerjinizdən
effektiv istifadə edin.
Buğa - fikirləriniz və niyyətləriniz pis olmaya bilmir. Amma
inadkar, aqressiv olsanız və üstəlik, yaxın ətrafınızdakı insanlara
nəzarət etməyə çalışsanız, belə davranış mübahisələrə, hətta
toqquşmalara səbəb olacaq. Bilavasitə öhdənizdəki işlərlə məşğul
olun. Başqalarına necə yaşamağın gərəkdiyini öyrətməyin.
Əkizlər - aktiv fəaliyyət üçün əla gündür. Çətin məsələləri həll
etmək, mürəkkəb texniki problemləri çözmək gərəkdir. Enerji
potensialınızın səviyyəsi yüksəkdir. Fəaliyyətinizi faydalı,
gərəkli məcraya yönəltsəniz, yaxşı nəticələr əldə edəcəksiniz.
Xərçəng - riskli addımlar atmaqdan çəkinməyin, çoxdan bəri
planlaşdırdığınız addımı atın. Qərarınız ilk baxışdan təhlükəli
təsir bağışlasa da, nəticə sizi sevindirə bilər. Yaxın ətrafınzdakı
insanlara nəzarət istəklərindən əl çəkin.
Şir - bəzi hadisələr ətrafınızdakı insanlarla münasibətlərə təsir
edə bilər. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Mədəniyyətsiz,
qaba insanlardan uzaq durun. Situasiya əlverişsiz olarsa,
amiranəlik eşqinə düşməyin.
Qız - səbrli, təmkinli olmağa çalışın. Yaxşı tanımadığınız
insanlara izafi önəm verməyin. Soyuqqanlı və məntiqli
davranmasanız, dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz.
Münaqişəyə səbəb olmayın. Emosional fon stabil deyil. Ziddiyyətli
açıqlamalar səbr kasanızı daşdırmasın.
Tərəzi - gərgin və ziddiyyətli, ağır gündür. Problemlərin miqyasını
həddən artıq artırmayın. Kiçik qələbələri görməyi bacarın. Ən kiçik
səhvin fəsadları aradan qaldırılmasa, situasiya ağırlaşacaq. Yaxın
ətrafınızdakı insanların məsləhətlərinə çox önəm verməyin.
Əqrəb - İfrat mülayimlik, kompromisslərə ifrat meyllilik pis nəticə
verə bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla səmimi
olsanız, münasibətləri qoruya bilərsiniz. Yaxşı məziyyətlərinizi
nümayiş etdirin. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Oxatan - yaxın ətrafınızdakı insanların yardımlarından boyun
qaçırmayın. Onlar sizə dəstək verməyə çalışırlar. Yaradıcı
fəaliyyətlə məşğulsunuzsa, işlərinizdə ciddi irəliləyişlər olacaq.
Yeni tərəfdaş və ya dost qazana bilərsiniz.
Oğlaq - mümkün qədər ehtiyatlı olun. Sərvaxt davranın, illüziyalara
qapılmayın. Qərarlarınız düşünülüb-daşınılmış, məntiqi olmalıdır.
Hisslər burulğanına düşsəniz, ağır fəsadlı səhvlər istisna deyil.
Günün ikinci yarısında rəqiblə qarşıdurmanızın nəticəsi
seçiminizdən asılıdır.
Dolça - görülən işlərin miqyası və nəticəsindən asılı olmayaraq
natamamlıq, narazılıq hissləri yarana bilər. Həddən artıq enerji,
habelə ağır zəhmət tələb edən işə başlamayın. Rutin işlərlə məşğul
olun, yaşamın yeknəsək ritminə kobud müdaxilə etməyin.
Balıqlar - hər şeyi və həmişə nəzarətdə saxlamaq mümkün deyil. Bəzi
işləri vaxtında görmək üçün etibar etdiyiniz adamla çalışın.
Situasiya təbii axarında inkişaf etsin.