Tbilisidə donuz qripi virusundan gənc qadın dünyasını dəyişib
13:32 / 10.01.2019
Tbilisidə gənc qadının ölümünə, güman edilirki
donuz qripi virusu səbəb olub.
Ölən qadın gürcü bəstəkar Manan İmedadzenin gəlinidir. Bu haqda
məlumatı İmedadzenin dostları sosyal şəbəkə vasitəsi ilə
yayımlayıblar.
Bəstəkarın gəlini bir həftə əvvəl infeskiya xəstaxanasına
yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq İmedadzenin
gəlinini xilas edə bilməyib.