"Qırmızı Körpü" gömrük postunda Gürcüstan vətəndaşının avtomobilində narkotik aşkar edilib
Gürcüstandan Azərbaycana gedən Gürcüstan
vətəndaşının idarə etdiyi avtomobilindən narkotik vasitə aşkar
olunub.
Hadisə "Qırmızı Körpü" gömrük postunda baş
verib.
Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.
Yayılan məlumatda bildirilir ki, "Gürcüstandan
Azərbaycana gedən Gürcüstan vətəndaşının idarə etdiyi "Honda
Odyssey" markalı avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı
sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının
söykənəcəyinin arxa cibində 1 ədəd bükülüdə qablaşdırması ilə
birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar
edilib".
Faktla bağlı araşdırma aparılır.