"Qırmızı Körpü" gömrük postunda bəyan olunmamış siqaret aşkar olunub (FOTO)
Gürcüstandan Azərbaycana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilindən bəyan olunmamış siqaret aşkar olunub. Hadisə "Qırmızı Körpü" gömrük postunda baş verib.

Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.

Yayılan məlumatda bildirilir ki, "Gürcüstandan Azərbaycana gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı avtomobilə gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2400 ədəd "Gold Mount" markalı siqaret aşkar olunub".

Faktla bağlı araşdırma aparılır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google