Kerç
boğazında iki gəmidə baş verən yanğın nəticəsində 11 nəfər ölüb və
14 nəfər isə təxliyə olunub.Bu
barədə məlumatı “Ria Novosti” agentliyi “Rusmorreçflot”a istinadən
yayıb.
Məlumata görə, yanğının bir gəminin bortundan digər gəmiyə yanğın
ötürülərkən baş verdiyi güman olunur. Yayılmış məlumata görə “Kend”
və “Maestro” adlı gəmilərin hər ikisi Tanzaniya bayrağı altında
üzür.
Gəmilərdən birindəki 17 nəfərdən 9-u Türkiyə, 8-i Hindistan
vətəndaşı, digər gəmidəki 14 nəfərdən isə 7-si Türkiyə, 7-si isə
Hindistan vətəndaşı olduğu bildirilir.