Seksual təzyiq cəzalandırılacaq
Seksual təzyiq 300 lari həcmində cəzalandırılacaq. İl ərzində eyni hərəkətə ikinci dəfə yol verilərsə, cəza 500 lari olacaq və ya bir ayadək islah işləri cəzası tətbiq olunacaq.

Bundan əlavə yetkinlik yaşına çatmamış, hamilə, çarəsiz vəziyyətdə olan, məhdud fiziki imkanlı şəxslərə qarşı və ya yetkinlik yaşına çatmamış şəxslərin yanında fiziki təzyiq 500 laridən 800 lariyədək cərimə olunacaq. İl ərzində eyni hərəkətə ikinci dəfə yol verilərsə, cərimənin miqdarı 800 laridən 1000 lariyədək olacaq və ya bir ayadək islah işləri cəzası və ya 10 günədək inzibati həbs cəzası tətbiq olunacaq.

“İnzibati Xətalar Məcəlləsi”nə bu istiqamətdə dəyişikliklər artıq hazırdır. Buna əsasən cinsi xarakterli ifadələrin işlədilməsi və ya müraciət, hər cür sataşma, digər fiziki və seksual hərəkətlər seksual xarakterli hərəkətlərə aid ediləcək.

Bundan başqa seksual təzyiq anlayışı “Əmək Məcəlləsi”ndə də formalaşır ki, buna əsasən də şəxsin ləyaqətinə toxunan və ya onun üçün alçaldıcı olan, düşmənçilik və ya təhqiredici şərait yaradan seksual xarakterli istənməyən hərəkət seksual təzyiq hesab olunacaq.

Dəyişiklikər paketinə əsasən seksual təzyiq əmək münasibətlərində tənzimlənəcək.

Qanunvericilik paketi Parlamentin Gender Bərabərliyi Şurası çərçivəsində hazırlanıb və bunun təşəbbüskarları Parlamentin üzvləri Tamar Çuqoşvili, Tamar Xulordava, Dmitri Tskitişvili, Rati İonatamişvili, Ququli Mağradze, Endzela Maçavariani və Qiorqi Tuğuşidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები