Tbilisinin 61 saylı ictimai məktəb şagirdləri arasında qarşıdurma baş verib
Tbilisidə 61 saylı ictimai məktəb şagirdləri arasında qarşıdurma baş verib. Birinci kanalın məlumatına görə, hadisə tədris prosesi zamanı, dərsdə iki nəfər 11-ci sinif şagirdi arasında olub.

DİN-in məlumatına görə, baş verənlə bağlı mandatur polisə xəbər verib. Müvafiq olaraq yerində patrul ekipajı, eləcə də təcili yardım xidməti mobilləşib. Ancaq indiki mərhələdə olan məlumata görə, şagirdlərə ciddi zərər dəyməyib.

Məktəbdə çəkilən foto sosial şəbəkədə yayımlanıb.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google