Yanvarda inflasiya 1.3 faizi təşkil edib
Statistika xidmətinin göstəricilərinə əsasən cari ilin yanvar ayında keçən ayla müqayisədə inflasiya səviyyəsi Gürcüstanda 1.3 faizi təşkil edib. Belə ki, illik inflasiyanın göstəricisi artıb və 2.2 faiz təşkil edib.

Statistika göstəricisinə əsasən keçən ayla müqayisədə ərzaq və spirtsiz içkilər qrupunda qiymətlərin 3.2 faiz arması qeydə alınıb, bu isə 0,98 faizlə inflasiyanın ümumi göstəricisinə təsir edib. Qiymətlər digər qruplarda da artıb:

Tərəvəz və bitgilər (15,8 faiz), meyvə və üzüm (5,8 faiz), süd, pendir və yumurta (4,7 faiz), çörək və un məhsulları (1.4 faiz), balıq (1,4 faiz).

Spirtli içkilər və tütün qrupunda qiymətlər 5,8 faiz artıb və ümumi inflasiya göstəricisinə 0,39 faiz təsir göstərib. Tütün məhsullarının da qiyməti artıb (12,5 faiz).

İllik qiymətlər balıq məhsullarında da artıb (12,3 faiz), çörək və un məhsulları (10 faiz), tərəvəz və bitgilər (6.5 faiz), ət və ət məhsulları (5,1 faiz), süd, pendir və yumurta (2.1 faiz), tütün məhsulları (20 faiz).
Qiymətlər meyvə və üzümdə azalıb (-20.5 faiz), pesok, cem və başqa şirniyyatlar (-5 faiz).

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google