Gürcüstanda qeydiyyatdan keçmiş nəqliyyat
vasitəsinin sahibi onun mülkündə olan nəqliyyat vasitəsinə şəxsi
mülki cavabdehliyini sığorta etdirməli olacaq.
Müvafiq dəyişikliklər “Gürcüstanda qeydiyyatdan keçmiş nəqliyyat
vasitələrinin sahiblərinin mülki cavabdehliyinin məcburi sığortası
haqqında” qanuna daxil olur və onun təşəbbüsü büronun bugünkü
iclasında planlaşdırılır.
Qanunlayihədə qeyd olunub ki, məcburi sığortanı əldə etmək sığorta
edənlə, sığorta agenti və ya sığorta brokerinin vasitəsilə
elektron-texniki ödəmə ilə də mümkündür.
Dəyişikliklərə əsasən mülki cavabdehliyin məcburi sığortası ilə
sığorta edən öhdəlik götürür ki, sahibinə və ya sürücüyə nəqliyyat
vasitəsinin hərəkəti zamanı onun iştirakı ilə zərərçəkənin
həyatına, sağlamlığına və ya əmlakına dəymiş maddi zərəri
ödəsin.
“Mülki cavabdehliyin sığortası beynəlxalq təcrübədə ən aparıcı
məcburi öhdəliklərdən biridir. Sürücünün ehtiyatsızılığından,
diqqətsizliyindən, yetrəli olmayan biliyindən, nəqliyyat vasitəsinə
müvafiq olan şəkildə qulluq göstərilməməsindən və müxtəlif başqa
səbəblərdən yol nəqliyyat hadisələrinin sayı artır . Məhz məcburi
sığorta bir tərəfdən sürücüyə və digər tərəfdən zərərçəkənin
həyatına və sağlamlığına dəyən zərərə maddi zəmanət
yaradır”- qeyd olunur izahat kartında.
Təşəbbüsə əsasən Gürcüstanda qeydiyyatdan keçmiş nəqliyyat
vasitələrinin sahiblərinə mülki cavabdehlik sığortası əldə etmək
öhdəliyi avtobus, minik maşını və başqa təsərrüfat
nəqliyyatlarından başqa Gürcüstanın hərbi qüvvələrinin, hərbi
təyinat üçün istifadə olunan nəqliyyat vasitələrinə aid deyil.