Uşağın fiziki cəzalandırılması, şiddətli və ya təhqiredici yanaşma qanunla qadağan olunacaq
Dissiplin ölçüsü olaraq uşağı fiziki cəzalandırmaq qanunla qadağan olunacaq. Bu haqda On.ge-yə uşaq hüquqları haqqında BMT-nin Uşaq Fondunun məsləhətçisi Nana Çapidze bildirib.

Onun sözlərinə görə müvafiq qeyd uşaq hüquqları məcəlləsinin layihəsindədir. Bu qanunlayihə Gürcüstan parlamentində gələn həftə qeydiyyat olunacaq.

“Uşaq hüquqları məcəlləsi layihəsi dissiplin ölçüsü olaraq istifadə olunan və çox yayılmış olan fiziki cəzalandırmanın birbaşa qadağan olunmasını eləcə də başqa tip qəddar və ya təhqiredici yanaşmanın qadağan olunmasını nəzərdə tutur. Qadağa uşaqların olduğu ailə mühitini və həmçinin başqa sahələri də əhatə edir. Bu şərtsiz qadağadır” - bildirib Nana Çapidze.

Uşaq hüquqları məcəlləsi layihəsinin doqquzuncu başlığı uşağın zorakılıqdan qorunması hüququnu müəyyən edir. Bu fiziki və ya psixoloji zorakılıq, zərər vurmaq, ehtiyatsız yanaşma, şiddət, ekspluatasiya, ticarət, trefikinq və zorakılığın başqa hər hansı formasından mühafizəni nəzərdə tutur.

Ailədə, məktəbəqədər təhsil müəssisəsində, alternativ diqqət göstərmə xidmətlərində, tibbi və ya psixi,cəzaçəkmə müəssisələrində və hər hansı başqa yerdə uşağı fiziki cəzalandırmaq, əzab vermək və ya başqa şiddətli,təhqiredici yaxud insanlıqdan kənar yanaşma qadağandır.

“Qeyd olunan hərəkət Gürcüstan qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olacaq” – deyilir qanunlayihənin izahat kartında.

Hələlik fiziki cəzanın qadağan olunmasının hansı formada tənzimlənəcəyi və hansı tip sanksiyaların yazılacağı məlum deyil. Uşaq hüquqları məcəlləsinin parlamentdə müzakirəsinə başlandıqdan sonra detallar məlum olacaq və bu məsələni qanuna tabe olan aktda müvafiq müəssisələr tənzimləyəcəklər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google