Uşağın fiziki cəzalandırılması, şiddətli və ya təhqiredici yanaşma qanunla qadağan olunacaq
21:05 / 04.02.2019
Dissiplin ölçüsü olaraq uşağı fiziki
cəzalandırmaq qanunla qadağan olunacaq.
Bu
haqda On.ge-yə uşaq hüquqları haqqında BMT-nin Uşaq Fondunun
məsləhətçisi Nana Çapidze bildirib.
Onun sözlərinə görə müvafiq qeyd uşaq hüquqları məcəlləsinin
layihəsindədir. Bu qanunlayihə Gürcüstan parlamentində gələn həftə
qeydiyyat olunacaq.
“Uşaq hüquqları məcəlləsi layihəsi dissiplin ölçüsü
olaraq istifadə olunan və çox yayılmış olan fiziki cəzalandırmanın
birbaşa qadağan olunmasını eləcə də başqa tip qəddar və ya
təhqiredici yanaşmanın qadağan olunmasını nəzərdə tutur. Qadağa
uşaqların olduğu ailə mühitini və həmçinin başqa sahələri də əhatə
edir. Bu şərtsiz qadağadır” - bildirib Nana
Çapidze.
Uşaq hüquqları məcəlləsi layihəsinin doqquzuncu başlığı uşağın
zorakılıqdan qorunması hüququnu müəyyən edir. Bu fiziki və ya
psixoloji zorakılıq, zərər vurmaq, ehtiyatsız yanaşma, şiddət,
ekspluatasiya, ticarət, trefikinq və zorakılığın başqa hər hansı
formasından mühafizəni nəzərdə tutur.
Ailədə, məktəbəqədər təhsil müəssisəsində, alternativ diqqət
göstərmə xidmətlərində, tibbi və ya psixi,cəzaçəkmə müəssisələrində
və hər hansı başqa yerdə uşağı fiziki cəzalandırmaq, əzab vermək və
ya başqa şiddətli,təhqiredici yaxud insanlıqdan kənar yanaşma
qadağandır.
“Qeyd olunan hərəkət Gürcüstan qanunvericiliyinə uyğun
olaraq məsuliyyətə səbəb olacaq” – deyilir
qanunlayihənin izahat kartında.
Hələlik fiziki cəzanın qadağan olunmasının hansı formada
tənzimlənəcəyi və hansı tip sanksiyaların yazılacağı məlum deyil.
Uşaq hüquqları məcəlləsinin parlamentdə müzakirəsinə başlandıqdan
sonra detallar məlum olacaq və bu məsələni qanuna tabe olan aktda
müvafiq müəssisələr tənzimləyəcəklər.