Azərbaycan gömrük postunda Gürcüstan vətəndaşının üzərindən narkotik vasitə aşkar edilib
Gürcüstandan Azərbaycana gedən Gürcüstan vətəndaşının üzərindən narkotik vasitə aşkar olunub. Hadisə "Mazımçay" gömrük postunda baş verib.

Bu haqda məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yayır.

Yayılan məlumatda bildirilir ki, "Gürcüstandan Azərbaycana gedən Gürcüstan vətəndaşının idarə etdiyi "Scania" markalı yük avtomobilinə gömrük baxışı keçirilərkən sürücünün hərəkətləri gömrükçülərdə şübhə yaradıb və onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlamadan əvvəl vətəndaşa üzərində və ona məxsus yük maşınında gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin, o cümlədən narkotik vasitənin olub-olmadığı soruşulub. Vətəndaş isə öz növbəsində üzərində qanunla qadağan edilən heç bir əşyanın olmadığını bildirib. Lakin yoxlama zamanı onun əynindəki gödəkçənin cibində olan "Philip morris" markalı siqaret qutusunda 0.3 qram narkotik vasitə - marixuana aşkarlanıb".

Faktla bağlı araşdırma aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google